Qadin.NET / Portağal mürəbbəsi (foto resept)

Portağal mürəbbəsi (foto resept)

 

Tərkibi:

12 ədəd portağalın qabıqları

1 litr təzə sıxılmış portağal suyu

125 qram toz şəkər

yarım çay qaşığı kərə yağı

1 çay qaşığı limon duzu

 

Hazırlanması

Portağalın qabıqlarınızı dik formada kəsin. Daha sonra ağ hissələrini bıçaqla yaxşıca soyun.

Qalın, təmiz iynə və iplik köməyi ilə soyduğunuz qabıqları yuvarlayaraq ipə düzün.

3 ayrı qazanda qaynar su hazırlayın.

 

İpə düzdüyünüz qabıqları su dolu qazanın içinə qoyaraq 10 dəqiqə qaynadın.

Daha sonra buzlu suyun içinə atın və digər iki qazanda da bu üsulu təkrarlayın. 

 

Portağal mürəbbəsi (foto resept)

 

 

Sonra geniş qazanın içinə qazan qoyun və üstünə şəkər əlavə edib, sulanması üçün 2-3 saat gözləyin. 

Suyu da əlavə edərək yavaş-yavaş qarışdırın. Limon suyunu da əlavə etdikdən sonra 2-3 dəqiqə qaynadıb qazın üstündən götürün. İpdən çıxarın.

Hazırladığınız mürəbbəni bankaya töküb ağzını möhkəm bağlayın. Son olaraq tərs çevirərək soyumağını gözləyin.

1 gün gözlədikdən sonra süfrəyə qoya bilərsiniz.

 

Portağal mürəbbəsi (foto resept)

 

 

 

22 noyabr 2018
GO BACK