Tərkibi:
2 kiloqram heyva
1 kiloqram şəkər tozu
1 çay qaşığı limon duzu
3 ədəd mixək
1 ç/q kərə yağı
1 ədəd çubuq darçın
Hazırlanması:
Heyvaların yuduqdan sonra kub formasında doğrayın. Heyvanın çəyirdəklərini ayırmağı unutmayın.
Daha sonra heyvanları qazana qoyub üstünü biraz keçəçək qədər su əlavə edin. Qazın alıtını açıb heyvalar yumşalana qədər qaynadın. Ardınca içinə şəkəri, heyvanın çəyirdəklərini və limon duzunu əlavə edin.
Tündləşməyə başlayan mürəbbənin içinə darçın çubuğu və mixək əlavə etdikdən sonra qaynayana qədər gözləyin. 5 dəqiqə sonra yeyə bilərsiniz.