Tərkibi:
1 kq yer alması
1 kq 200 qram şəkər tozu
2 stəkan su
Hazırlanması:
İlk öncə almalar yaxşıca yuyulur və çəngəllə deşilir.
Yekə qazanda su qaynadılır, almalar qaynanmış suya atılaraq 3 dəqiqə qaynadılır və tez suyu süzülür.
1 kq 200 qram şəkər tozunun üzərinə 2 stəkan su tökülür, şərbət hazırlanır.
Şərbət qaynayan kimi almaları içinə töküb bişiririk.
Qaynadıqca üzərində ag rəngdə kəf əmələ gəlir, onu hər dəfə yığırıq.
Kəfi yığdıqdan sonra qazı söndürüb mürrəbbəni tam soyuduruq. Soyuduqdan sonra bir də qazı yandırıb mürəbbəni bişiririk. Budur, artıq mürəbbəmiz hazırdır.
Nuş olsun!
P.S. Almanın qaynadılma səbəbi odurki, bu almalar çox turş və bərk olurlar.Ona görə də bir dəfə suda qaynadırıq ki, həm turşulugu getsin, həm də bir az yumşalsın.