Lazım olan ərzaqlar:
2 stəkan şəkər tozu
3 litr su
300 qr gilas
Hazırlanma qaydası:
Əvvəlcə qazana 3 l suyu töküb qaynamağa qoyuruq.
Su qaynayanadək gilasları yuyuruq.
Su qaynadıqda şəkər tozunu əlavə edirik.
Yuduğumuz gilasları bankaya tökürük.
Şəkər tozunu suda həll edirik, yaxşı qaynadıqda agzı rezbalı bankaya töküb agzını tez bağlayırıq.
Sonra bankanın ağzından suyun axıb-axmadığını yoxlayırıq.
Sonra üzərini isti bir şeylə örtürük.1 sutka bu qaydada saxlayırıq.
Bu da hazır kompot.
Mən çox vaxt belə bankalara bağlayıram. Çünki uşaqlarımın gözü tez doyur.3 litrlik bankanı açanda çox içmirlər. Qalıb xarab olur. Belə etdikdə gözləri arxasınca qalır.
Kompotu sayta yerləşdirmək fikrim yox idi. Niyar xanım sağ olsun, yerləşdirməyi məsləhət gördü. O deyəndə artıq 3 litrlik bankanı baglamışdım. Buna görə də şəkillərini çəkə bilmədim. Amma xanımlar belə də başa düşüb hazırlaya bilərlər.
Bu isə qarağat kompotudur. Meyvəsindən başqa eyni ərzaqlardan istifadə edilir. 3 litrlik bankada hazırlanır. Eyni qayda ilə meyvəni yuyuruq, bankaya tökürük, üzərinə 2 stəkan şəkər tozu əlavə edirik.Əvvəlcədən qaynadılmış qaynar suyu üzərinə töküb dəmir qapaqla baglayırıq.
Çox asandı.