Qadin.NET / Fərqli badımcan turşusu (foto resept)

Fərqli badımcan turşusu (foto resept)

 

Tərkibi:

1 kq incə uzun badımcan

Kərəviz sapı

1 litr üzüm sirkəsi

30 qram duz (təxminən bir dolu yemək qaşığı)

 

İç üçün:

1 ədəd sərt yaşıl pomidor

1 ədəd ətli qırmızı bibər

1 ədəd sütül və çəyirdəklənməmiş xiyar

2 ədəd kök

4-5 diş sarımsaq

1 dəstə cəfəri (kobud doğranmış)

Duz

 

Hazırlanması:

Badımcanları yuyub zolaqlı oyun və 8-10 m uzunluğunda bölün. Badımcanları çox kiçikdirsə bölməyənizə ehtiyacınız olmaya bilər.

Bir qazana 4-5 litr su əlavə edərk içinə bir armudu stəkan sirkə əlavə edin və qaynadın. Bu suda badımcanları diriliyini məhv etməyəcək qədər qaynadın. 2-3 dəqiqə kifayət edəcəkdir.

Qaynatdığınız badımcanları aş süzənə qoyun və üzərinə ağır bir şey qoyub axşamdan səhərə kimi saxlayın. Badımcanları qaynatdığınız suda kərəviz saplarını da qaynadıb süzün və kənarda saxlayın.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

İçini hazırlamaq üçün sarımsaqları soyun, tərəvəzləri yuyun. Hamısını xırda-xırda doğrayın və narın duz səpib qarışdırın.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

Axşamdan qaynadıb saxladığınız badımcanların qarın hissəsindən kəsin və içinə hazırladığınız içi doldurun.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

Axşamdan qaynadıb hazırladığınız kərəviz sapları ilə bağlayın.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

Bankaları və qapaqları isti suda yuyun. Hazırladığınız badımcanları bankalara yerləşdirin.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

Başqa bir qabda duzu, üzüm sirkəsi ilə qarışdıraraq əridin. Duzlu sirkəni badımcanların üzərinə əlavə edərk qapaqlarını bərk bağlayın. İşıq olmayan sərin yerdə saxlayın.

 

Fərqli badımcan turşusu (foto resept)

 

 

Nuş olsun!

4 oktyabr 2017
GO BACK