Tərkibi:
Xiyar - 1 kq.
Acı bibər - yaşıl və qırmızı
Şüyüd - 3 - 4 budaq təzə
Sarımsaq - 5 - 6 diş
Duz - 0,5 x/q - hər bir banka üçün
Şəkər tozu - 1 x. q.
Qara yumru toxum istiot - 1 ç. q.
Dəfnə yarpağı - 5 - 6 ədəd
Kərəviz - yarım dəstə
Turş gilas ağacının yarpağı - 5-6 ədəd
Şüyüd toxumu və çöpü
Sirkə turşusu - 70% (Yəni essensiyə 70 % - li) 2 ç. q. - hər bir banka üçün
Mixək - 5 - 6 ədəd
Hazırlanması:
İlk öncə bir litrlik bankalar təmiz yuyulur.
Xiyarlar yuyulur və hər iki tərəfi kəsilir, və 15 dəqiqə adi təmiz soyuq suda saxlayırıq.
Sonra şüyüd, kərəviz və yarpaqlar yuyulur, sarımsaq təmizlənir.
Sonra yumru toxum istiot, acı bibər, dəfnə yarpağı və sarımsaq şüyüd toxumu hamısı bankaya qoyulur.
Öncə yuyulmuş xiyarları bankalara yığın. Aralarına doğranmış sarımsaq və acı bibər yerləşdirin.
İndi hazır bankaların üzərinə duz və şəkər tozu əlavə edin.
Sonra üzərinə qaynar su əlavə edin və bir az müddətdə isti suda qaynadılır.
Xiyar rəngini dəyişmək istəyəndə altını söndürün.
Və bankanın içinə iki çay qaşığı sirkə turşusu əlavə edin. (Yəni essensiyə 70 % - li)
Sonra tez bankaların ağzını qapaqla möhkəm bağlayırıq.
Bağladığımız bankaların üstünü qalın bir ədyalla örtürük və soyumağa qoyuruq. Soyuyandan sonra üstünü açırıq.
Duzlu xiyar turşumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)