Tərkibi:
Moruq - 1 kq.
Şəkər tozu - 1 kq. 200 q.
Su - 0.5 litrə
Hazırlanması:
Mürəbbəni bişirəcəyimiz qaba qaynar su tökürük üzərinə şəkər tozu əlavə edib, orta od üzərində şərbət hazırlanır.
İndi yuyulmuş moruqları qaynayan şərbətin içinə əlavə edin.
Və kəfkirlə moruqları şərbətə batırın, sonra altını söndürün. Ən azı 7 - 8 saat saxlamaq lazımdır.
Gecə hazırlayıb səhərə qədər saxlamaq daha uyğundur.
Səhər yenə qaynadırıq. Sonra şəkəri əriyənə qədər bişməyə qoyuruq.
Bu zaman moruğun üzərinə gələn kəfini almaq lazımdır.
Şəkəri əridikdən sonra gur atəşdə bir az qaynadırıq. Sonra altı söndürülür və tam soyudulur.
Mürəbbənin bişməsini yoxlamaq üçün bir boşqaba mürəbbənin suyu qaba tökülür və soyudulur.
Soyuyan zaman şirənin üzərinə pərdə əmələ gələrsə, yəni mürəbbənin şirəsi yayılmırsa, onda mürəbbəmiz hazırdır.
Mürəbbə sterilizə edilmiş 0,5 litrlik bankalara doldurulur.
Ağzını bağlayırıq. İndi ağzı bağlı bankaları başı aşağı goyuruq, tam soyana qədər.
Sonra soyuq bankaları soyuducuda saxlayırıq.
Dadlı, ətirli moruq mürəbbəmiz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)