Tərkibi:
Balqabq- 1 ədəd
Portağal- 1 ədəd
Limon- 1 ədəd
Hazırlanması:
Balqabağın qabığını soyub xırda-xırda doğrayırıq. Üzərinə 1,5 stəkan su əlavə edib bişiririk.
Portağal və limonu qabığını soymadan xırda-xırda doğrayırıq.
Sonra blenderdən keçiririk. Balqabaq bişdikdən sonra tam əzilir, üzərinə portağal və limon əlavə edilir. Az odda bişirilir. Cem bişdikdən sonra soyudulub bankalara yığılır. Bu cem soyuducuda 2 həftə saxlana bilər. Əgər üzərinə 2 stəkan şəkər tozu əlavə etsəniz, daha uzun müddət saxlaya bilərsiniz. Əlbəttə ki, şəkər tozu zövqə görə əlavə oluna bilər.
Nuş olsun!