Qadin.NET / Pizza bişirmək üçün pomidor sousu (foto resept)

Pizza bişirmək üçün pomidor sousu (foto resept)

 Pizza bişirmək üçün pomidor sousu (foto resept)

Tərkibi:

Pomidor- 600 q

Duz- 0,5 ç.q

Sarımsaq- 2 diş

Reyhan- 1-2 dənə

"Zeytun bağları" zeytun yağı- 3ml

Şəkər tozu -0,5 ç.q

Oreqano- 0,5 ç.q

Keşniş- 1-2 ədəd

Ədviyyatlar

Hazırlanması:

İlk öncə pomidorların qabığını soyub blenderdə yaxşıca əzirik. Pomidor püresini tam hazır olana qədər dəyanmadan qarışdıraraq bişiririk.

Pizza bişirmək üçün pomidor sousu (foto resept)

Sonra üzərinə zeytun yağı, duz və şəkər tozu əlavə edib 15-20 dəqiqə bişiririk.

Pizza bişirmək üçün pomidor sousu (foto resept)

Sonra üzərinə reyhan və keşniş xırda-xırda doğryıb əlavə edirik. Zövqünüzə görə ədviyyatları da əlavə edin. Sarımsağı əzib əlavə edin. 5 dəqiqə daha qaynadıb oddan götürün. Bu pomidor sousunu şüşə bankada soyuducuda saxlamaq lazımdır. Pizza bişirərkən istifadə edə bilərsiniz.

Pizza bişirmək üçün pomidor sousu (foto resept)

Nuş olsun!

18 noyabr 2015
GO BACK