Qadin.NET / Qış üçün borş hazırlığı (foto resept)

Qış üçün borş hazırlığı (foto resept)

Tərkibi:

Çuğundur- 3 kq

Kök- 1 kq

Soğan- 1kq

Bolqar bibəri- 1kq

Pomidor- 1kq

Şəkər tozu- 1 stəkan

Duz- 3 x.q

Sirkə- 125 q

Hazırlanması:

İlk öncə bütün tərəvəzlər yuyulur.

Qış üçün borş hazırlığı (foto resept)

Sonra soğan nazik, uzunsov doğranılır.

Qış üçün borş hazırlığı (foto resept)

Çuğundur sürtkəcin iri gözündən keçirilir.

Qış üçün borş hazırlığı (foto resept)

Kök də həmçinin sürtkəcdən keçirilir.

Qış üçün borş hazırlığı (foto resept)

Bibərlər nazik, uzunsov doğranılır.

Qış üçün borş hazırlığı (foto resept)

Pomidorlar da şəkildə gördüyünüz kimi doğranılır.

Qış üçün borş hazırlığı (foto resept)

Sonra üzərinə şəkər tozu, duz və sirkə əlavə olunub yaxşı-yaxşı qarışdırılır.

Qış üçün borş hazırlığı (foto resept)

Az odda bişirmək lazımdır.

Qış üçün borş hazırlığı (foto resept)

Suyu çıxan kimi odun dərəcəsini çoxaldırıq və 25 dəqiqə qaynamasını təmin edirik. Mütləq tez-tez qarışdırmaq lazımdır. isti-isti sterilizə olunmuş bankalara yığıb bağlayırıq. Qışda hər bir xanıma lazım olacaq bir təamdır.

Qış üçün borş hazırlığı (foto resept)

Nuş olsun!

5 noyabr 2015
GO BACK