Qadin.NET / Gavalı və göyəm turşusu (foto resept)

Gavalı və göyəm turşusu (foto resept)

Tərkibi:

Gavalı

Şəkər tozu

Duz

Sirkə

Qaynar su

Dəfnə yarpağı

Nanə qurusu

Mərzə qurusu

Hazırlanması:

Gavalılar yuyulub balonlara yığılır. 

 
Hər balona dəfnə yarpağı, mərzə və nanə qurusu əlavə edilir.
 
Hər bir litirlik balona 3-4 x/q şəkər tozu və  1-2 x/q duz əlavə edilir.
 
Üzərinə qaynar su əlavə edilir. İstəyə uyğun balonlar bükülür və ya içərisindən qabarcıqlar çıxana qədər qaynadılır.
 
Hər balona 1 ç/q sirkə əlavə edilib qapaqları bağlanılır.
Gavalı turşularımız hazırdır.
 
Göyəm turşusu üçün də tərkib yuxarıdakı qayda ilə hazırlanılır.
Göyəmlər yuyulur, balonlara yığılır.
 
Üzərinə dəfnə yarpağı, nanə və mərzə qurusu əlavə edilir.
 
Göyəm suyu dadlı olması üçün şəkər tozu hər bir litirlik balona 3-4 x/q əlavə edilir 1-2 x/q duz.
 
 
Üzərlərinə qaynar su əlavə edilir, istəyə uyğun bankalar bükülür və ya qabarcıqlar çıxana qədər qaynadılır.
 
Hər bankaya 1 ç/ q sirkə əlavə edilib qapaqlar sıx bağlanılır.
 
Hər iki turşunu ağız şirinliyi ilə nuş edin!
18 iyul 2016
GO BACK