Tərkibi:
Badımcan - 1 kq
Şirin bibər - 0.5 kq
Pomidor - 0.5 kq
Duru yağ - 100 ml
Sirkə 9% - 50 ml
Duz - 1 çay qaşığı
Hazırlanması:
İlk öncə tərəvəzlər yuyulur təmizlənir.
Badımcan ortadan tən bölünür daha sonra dörd sonra isə səkkiz yerə bölünür.
Bibəri böyük dilimərə bölün.
Pomidoru isə dilim-dilim doğrayın.
Böyük qazan və ya tavaya yağ və sirkəni tökün. Sonra pomidoru, bibəri, ən sonda isə badımcanı düzün.
Üzərinə duz sərpin. Qapağı örtün və vam odda bişirin.
40 dəqiqədən sonra qapağı açın badımcanı yoxlayın.
Əgər badımcan yumşaqdırsa, çəngəllə rahat kəsilirsə, demək qazın üzərindən tez götürmək lazımdır.
Qarışdıraraq sterilə olunmuş balonlara yığın. Qapağı bağlayıb balonları tərs çevirin.
Nuş olsun!