Tərkibi:
Alma -1.3 kq
Şəkər tozu-1.3kq
Hazırlanması:
Almaları yuyun və dörd yerə bölün.
Daha sonra dilimlənmiş almaları qazana qoyun və zəif odda yumşalana qədər bişirin.
Bişmiş alma dilimlərini ələkdən və ya süzgəcdən keçirib püre halına gətirin.
Hazır olmuş alma püresini tavaya və ya ləyənə qoyub üzərinə şəkər tozunu əlavə edin.
Zəif odda rəngi tündləşənədək bişirin. Təxmini 30-35 dəqiqə etmək lazımdır.
Hazır olan cemi steril bankalara yığıb qapağını bağlayın.
Nuş olsun!