Qadin.NET / Reyhanlı tomat sousu (foto resept)

Reyhanlı tomat sousu (foto resept)

Tərkibi:

 Pomidor - 1 kq

Sarımsaq - 2 diş

Reyhan - 1 dəstə

Qırmızı acı bibər - 1 ədəd

İstiot qarışığı - 1 ç.q

Duz - 1 ç.q

Şəkər - 2 ç.q

Zeytun yağı - 2 y.q 

Hazırlanması:

Qazana zeytun yağını əlavə edin.

Sarımsağı təmizləyib, doğrayıb yağda bir az qızarana qədər qızardın. 

Reyhanlı tomat sousu (foto resept)

Pomidoru dilimlərə bölüb sarmısağın üzərinə əlavə edib 20 dəqiqə bişirin. 

Reyhanlı tomat sousu (foto resept)
Reyhanın yarpaqlarını doğrayın. 
Reyhanlı tomat sousu (foto resept)

Qırmızı bibərləri içindəki ağ toxumları təmizləyin və nazik-nazik doğrayın.

 Reyhanlı tomat sousu (foto resept)

İstiot qarışığını toz halında olanadək döyəcləyin.

 Reyhanlı tomat sousu (foto resept)

Pomidora istiot qarışığını, bibərləri və reyhanı əlavə edib 20 dəqiqə yenidən bişirin.

Qaynar sousu blendrdan keçirin.

Reyhanlı tomat sousu (foto resept)

Daha sonra hazır olan sousu sterlizə olunmuş bankalara yığıb qabaqlarını bağlayın və sərin yerdə saxlayın.

Nuş olsun!

22 avqust 2017
GO BACK