Qadin.NET / Göyəm turşusu (foto resept)

Göyəm turşusu (foto resept)

Qışda qızartma yeməklərin və xəmir xörəklərin yanında göyəm turşusunun öz yeri var.

Sizlərlə hazırladığım göyəm turşusunun reseptinı paylaşıram.

Tərkibi:

2kq tam yetişməmiş göyəm

6 baş sarımsaq

Hər bankaya 2-3 ədəd olmaqla dəfnə yarpağı

1 qaşıq quru nanə

Duz

Sirkə cövhəri

Hazırlanması:

Göyəm turşusu (foto resept)

Göyəmlər təmiz yuyulur. Saplaqlarını çıxarmağa ehtiyac yoxdu. Sarımsaqlar təmizlənir.

Təmiz yuyulub qurulanmış bankalara göyəm və sarımsaq yığılır. Arasına dəfnə yarpağı qoyulur və quru nanə tökülür.

Göyəm turşusu (foto resept)

1litrlik bankaya 1ç.q. duz və 2x.q. şəkər tozu tökülür. Üstünə qaynar su əlavə olunub qazana yığılır və 30 dəqiqə sterilizə olunur.  Qazandan çıxarılan turşunun üzərinə 0,5 ç.q. sirkə cövhəri əlavə edilib dəmir qapaqla bağlanır.

Göyəm turşusu (foto resept)

Nuş olsun!

14 iyul 2017
GO BACK