Tərkibi:
2 kq badımcan
2 kq pomidor
1 kq yaşıl lobya
0,5 kq kök
0,5 kq bibər
200 q sarımsaq
2 st duru yağı
Duz, şəkər tozu
100 ml sirkə
2 dəstə cəfəri, şüyüd
İstəyə uyğun acı bibər
Hazırlanması:
Bütün ərzaqlar ayrı-ayrılıqda yuyulub doğranılır.
Kök sürtgəcin iri gözündən keçirilir.
Pomidor, sarımsaq maşından keçirilir.
Bütün ərzaqlar qazana əlavə edilir, bişməyə qoyulur.
Arada qarışdırmaq şərti ilə hazır olana qədər qapağı bağlı olmaqla bişirilir.
Hazır salatı isti-isti steril bankalara yığılaraq bağlanılır.
Nuş olsun!
(Tərcümə edilib)