Qadin.NET / Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

 Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Tərkibi:

Zəncəfil kökü- 1 ədəd

Limon-1 ədəd

Nanə- 1-2 ədəd

Su-1 litr

Bal

Hazırlanması:

Zəncəfil kökünü xırda-xırda doğrayıb üzərinə 1litr  qaynar su tökürük.

Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Sonra üzərinə nanə və istiot da əlavə edə bilərik. Əlbəttə ki, zövqə görə istiot vurmaya da bilərsiniz. Pəhriz saxlayan xanımlar istiot da istəfadə etsələr daha yaxşı olar.

Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Bir limonun yarısının suyunu da əlavə edib soyumasını gözləyirik.

Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Soyuq halda içərkən bal da əlavə edib qarışdırmaq lazımdır.

Zəncəfilli sağlamlıq şirəsi (foto resept)

Pəhriz saxlayan xanımlara isə bal məsləhət görülmür. Bu içki həm sərinləşdirici, həm də yağ və piyləri əritməkdə sizə çox kömək edəcək. 

Nuş olsun!

12 avqust 2016
GO BACK