Əziz xanımlar, bildiyinizə görə hal-hazırda feyxoa mövsümüdür. Bəlkə də bir çoxlarınız artıq qış tədarükünü etmisiniz. Mən də hazırladım və sizinlə bölüşmək istəyirəm.
1 kq feyxoa
1 kq şəkər tozu
Hazırlanması:
Öncə feyxoaları təmiz yuyuruq.
Sonra hər iki tərəfini azca kəsirik. Ət maşınından iki dəfə keçiririk və üzərinə şəkər tozu əlavə edirik. Unutmayın, feyxoa neçə kq-dırsa, şəkər tozu da o qədər olmalıdır. Aldığımız qarışımı 5 gün sərin və qaranlıq yerdə saxlamaq şərtilə gün ərzində bir neçə dəfə yaxşı-yaxşı qarışdırırıq. Beşinci günün sonunda bankalara yığıb soyuducuya qoyuruq.
Budur, feyxoa mürəbbəmiz hazırdır. Hazırladığımız bu qarışım soyuqdəymənin dərmanıdır. Zobdan əziyyət çəkən insanlar bu qarışımdan hər gün səhər 1 çay qaşığı qəbul etsələr, faydasını görərlər. Bu isə feyxoadan hazırladığım kompotdur.
Hazırladığımız feyxoaları bankaya qoyub üzərinə 1,5 stəkan şəkər tozu əlavə edirik. Sonra üzərinə qaynar su əlavə edib 15-20 dəqiqə qaynadırıq.
Budur, kompotumuz da hazırdır.
Nuş olsun!