Qadin.NET / Qış üçün gavalı salatı (foto resept)

Qış üçün gavalı salatı (foto resept)

Tərkibi:

3 kq pomidor
1,5 kq qırmızı bibər
1 kq kök
1 kq gavalı
4-5 baş orta boy sarımsaq
Arzuya görə acı bibər
Duz
Yarım st. sirkə
Yarım litr  duru yağ
Hazırlanması:
Əvvəla kök, gavalı, pomidor və bibərləri yuyuruq.
Qış üçün gavalı salatı (foto resept)
Qış üçün gavalı salatı (foto resept)
 Gavalının tumunu çıxardırıq, bibərlərin də içini çıxardırıq.
Qış üçün gavalı salatı (foto resept)
Kökü də təmizləyib yuyuruq.
Qış üçün gavalı salatı (foto resept)
Bunları ət maşınında çəkirik.
Qış üçün gavalı salatı (foto resept)
Qış üçün gavalı salatı (foto resept)
Hər birini ayrı-ayrı qablara çəkirik.
Qış üçün gavalı salatı (foto resept)
Sonra isə birlikdə qarışdırırıq.
Qış üçün gavalı salatı (foto resept)
Acı bibər və sarımsağı da təmizləyib çəkirik və qazana tökürük.
Qış üçün gavalı salatı (foto resept)
Hamsını qazana töküb qaynadırıq. Suyu çəkilənə və bişənə yaxın yağ, duz və sirkəni töküb 5 dəqiqə də qaynadırıq.
Qış üçün gavalı salatı (foto resept)
Hazır salat sterilizə edilmiş bankalara yığılır və 15 dəqiqə qaynadılır. Sonra isə ağzı bağlanılır. Sərin yerdə saxlanılır.
Qış üçün gavalı salatımız hazırdır.
Qış üçün gavalı salatı (foto resept)
Nuş olsun!
4 avqust 2016
GO BACK