Qadin.NET / Pomidor salatı (foto resept)

Pomidor salatı (foto resept)

Tərkibi:

5 kq pomidor

1 kq sirin bibər 

1 kq soğan

1 baş sarımsaq

2 dəstə cəfəri

2 dəstə nanə

1 ədəd acı bibər

Duz

Hazırlanması:

Öncə pomidorları doğrayırıq. 

Pomidor salatı (foto resept)

Daha sonra bibərləri uzun, soğanları isə halqa-halqa, göyərtini, acı bibəri və sarımsağı isə xırda-xırda doğrayırıq.

Pomidor salatı (foto resept)

 Duz töküb qarışdırırıq ki, suyu çıxsın. 

Pomidor salatı (foto resept)

Suyu çıxdıqdan sonra bankalara yığıb 1 saat qaynadırıq. Ağzını qapaqla möhkəm bağlayırıq.

Pomidor salatı (foto resept)

Pomidor salatımız hazırdır. 

Pomidor salatı (foto resept)

Nuş olsun!

21 avqust 2017
GO BACK