Qadin.NET / Qış üçün salat(foto resept)

Qış üçün salat(foto resept)

Tərkibi:

10 ədəd badımcan

10 ədəd qırmızı bolqar bibəri

10 ədəd böyük pomidor

5 ədəd soğan

1 baş sarımsaq

 300 ml qarğıdalı yağı

1,5 st sirkə

5 ç/q şəkər tozu

 1-2 ədəd acı bibər

5 ç/q duz

Hazırlanması:

Badımcanlar kiçik və tərdisə soymağa və duzlamağa ehtiyac yoxdu.

Badımcan və bibər halqa-halqa doğranılıb bişirəcəyimiz qazana əvvəlcə badımcan sonra bibərlər yığılır.

Qış üçün salat(foto resept)
Böyük ətli pamidor halqavarı doğrayıb bibərin üzərınə düzülür.
Qış üçün salat(foto resept)
Soğan eyni qaydada doğranılıb yığılır.  
Qış üçün salat(foto resept)
Acı bibər və sarımsaq kiçik-kiçik doğranılır və qazana əlavə edilir.
Qış üçün salat(foto resept)
Qazana bitki yağı, duz, şəkər tozu, sirkə əlavə edilib 30 dəqiqə ərzində odun üzərinə qoyulur.
30 dəqiqə sonra qazı söndürün. 30 dəqiqə saxlayıb yenidən hazır olana qədər bişirilir.
( fasilə ilə bişirilir ki, ərzaqlar əzilməsin.) 
Qış üçün salat(foto resept)
Hazır salat sterilizə edilmiş bankalara yığıb bağlanılır.
Gözəl görünür, elə deyilmi?
Qış üçün salat(foto resept)
Salatımız hazırdır.
Qış üçün salat(foto resept)
 Nuş olsun!
  (tərcümə edilib) 
19 sentyabr 2017
GO BACK