Qadin.NET / Portağal qabığı cemi (foto resept)

Portağal qabığı cemi (foto resept)

Tərkibi:

Portağal qabığı - 200 qr

Şəkər tozu - 200 qr

Limon şirəsi - 20 ml

Hazırlanması:

Bir qazana su töküb üzərinə portağal qabıqlarını əlavə edirik.

Portağal qabığı cemi (foto resept)

Suyu qaynamaq dərəcəsinə gətirdikdən sonra yenidən 15 dəqiqə qaynadırıq.

Portağal qabığı cemi (foto resept)

Suyu boşaldırıq. Yenidən təzə su töküb qaynadırıq. Bu prosesi 3 dəfə təkrarlayırıq.

Portağal qabığı cemi (foto resept)

Daha sonra qabıqları ətçəkən maşında çəkirik.

Portağal qabığı cemi (foto resept)

Çəkilmiş portağal qabıqlarının üzərinə 200 qr şəkər və limon şirəsi əlavə edirik.

Portağal qabığı cemi (foto resept)

Zəif atəşdə 30 dəqiqə bişiririk və hazır olana qədər durmadan qarışdırırıq.

Portağal qabığı cemi (foto resept)

Cemi qatı, parlaq və ətirli olur.

Portağal qabığı cemi (foto resept)

Nuş olsun!

Qeyd: Cemi hazırlamaq üçün portağal qabıqlarını bir neçə gün toplayıb plastik torbaya qoyaraq soyuducuda saxlaya bilərsiniz. 

(Tərcümə edilib)

8 iyul 2013
GO BACK