Qadin.NET / Qış üçün üzüm yarpağı tədarükü (foto resept)

Qış üçün üzüm yarpağı tədarükü (foto resept)

Süfrələrimizin vaz keçilməz xörəklərindən biri də yarpaq dolmasıdır. Yaz aylarında bu dolmanı tər yarpaqlardan bişirsək də, qış ayları üçün tədarük edirik. Mən artıq tədarük etmişəm. Sizinlə də bölüşmək istədim.

Lazım olanlar:

Üzüm yarpağı

Nanə

Duz

Əvvəlcə üzüm yarpağının saplağı qırılır. Səliqə ilə üst-üstə yığılır.


Sonra bir qaba qoyub üzərinə isti su əlavə edirik. Ən az 12 saat yarpaq bu suda qalmalıdır.

Sonra yarpağı sudan çıxarıb suyunu sıxırıq. İstədiyiniz ölçüdə bankalara yığmaq olar. Bunun üçün mən 500 qramlıq bankalardən istifadə etdim. Çünki, bu daha əlverişlidir. Belə həm də itgiyə getmir.

Yarpaqları az-az bankaya yığarkən aralarına duz səpirik və nanə düzürük.

Sonda üzərinə duzlu su əlavə edib qapaqlarını bağlayırıq.

Qış üçün yarpağımız hazırdır.

Bəs siz necə xanımlar qış tədarükünü etmisinizmi?

2 iyun 2013
GO BACK