Qadin.NET / Tərəvəzli salat (foto resept)

Tərəvəzli salat (foto resept)

Tərkibi:

3 kq "Bizim Tarla" soyulmuş pomidor

1 kq bolqar bibəri

1 kq soğan

1 kq xiyar

 1 kq kələm

1 kq kök

1 kq göy pomidor

5 ədəd dəfnə yarpağı

3 dəstə cəfəri

10 ədəd qara yumru istiot

Acı bibər zövqə görə

150 ml sirkə

2 st "Zeytun bağları" zeytun yağı

1 st şəkər tozu

100 qr duz

Hazırlanması:

Bütün tərəvəzlər zövqə görə doğranılır.

 

 

 

 

 

Doğranmış tərəvəzlər geniş, dərin bir qazana yığılır. Doğranmış cəfəri, dəfnə yarpağı, 

duz, yağ, istiot, acı bibər, şəkər tozu, sirkə əlavə edilib qarışdırılır və odun üzərinə qoyulub qaynadılır. Tərəvəzlər əzilməməlidir.

Hazır salatı isti-isti sterilizə edilmiş 0,5 litrlik bankalara yığıb, 20-30 dəqiqə qaynadırıq.

İstəyə görə salat bişirmədən bankalara yığılıb 45-60 dəqiqə qaynadılır.

Bankaların ağzı bağlanılıb qalın bezlə bükülür. 10-12 saat bükülü saxlanılır.

Tərəvəzli salatımız hazırdır.

 

Nuş olsun!

 

 (tərcümə edilib)



15 avqust 2016
GO BACK