Qadin.NET / Göyəm salatı (foto resept)

Göyəm salatı (foto resept)

Tərkibi: 

4 kq göyəm və ya göyəm gavalı    

4 baş sarmısaq      

 2  dəstə cəfəri  

2  dəstə  kərəviz  

2  dəstə  nanə  

3  xörək qaşığı şəkər tozu  

150 qr alma şirkəsi

2 xörək qaşıgı Azərduz yodlu narın xörək duzu


Hazırlanması:

Göyəmləri saplağından təmizləyib yaxşıca yuyuruq.

 

 Yuyulmuş göyəmləri suyu süzülmək üçün süzgəcə qoyuruq.

 

Yuyulmuş göyərtiləri və sarmısağı xırda-xırda doğrayıb qarışdırırıq. 


Göyəmi və göyərti qarışığını qat-qat 3 litrlik balona yığırıq.

                         

 

Balonu doldurduqdan sonra 3 xörək qaşığı şəkər tozu,2 xörək qaşığı duz və 150 qr alma sirkəsi əlavə edib 1 st ilıq suyu yavaş-yavaş üstünə əlavə edirik. Balonu 3 saat qaynadırıq.  

    


        

  Salatımız hazırdır. Salatı süfrəyə verdikdə zövqə görə göyərti və soğanla bəzəmək olar. 



Nuş olsun!
22 iyul 2016
GO BACK