Tərkibi:
3 kq badımcan
1-1,5 kq pomidor
1-1,5 kq bibər
2-3 ədəd acı bibər
10 diş sarımsaq
1 dəstə cəfəri
1 st bitki yağı
2 x/q şəkər tozu
5 x/q sirkə
duz
Hazırlanması:
Badımcan və bibərlər ikiyə bölünüb yaglanıb listə yığılıb 200 dərəcədə sobaya qoyulur.
Pomidorun qabığı soyulub xırda doğranılır.
Badımcan və bibərlər hazır olduqdan sonra sobadan çıxardılır, qabıqları soyulur.
Sarımsaq xırda-xırda doğranılır.
Cəfəri xırda-xırda doğranılır.
Badımcan və bibərlər xırda doğranılaraq bütün ərzaqlarla birlikdə qazana əlavə edilir. Duz,yağ,şəkər tozu,sirkə əlavə edilib qarışdırılır. Hazır olana qədər bişirilir.
Salatımız artıq hazırdır.
Hazır salat sterilizə edilmiş bankalara yığılıb bağlanıla da bilər.
Nuş olsun!
( tərcümə edilib )