Tərkibi:
2-3 kq badımcan
3 kq pomidor
20 ədəd rəngli bibər
4-5 ədəd acı bibər
2 dəstə cəfəri
1 dəstə şüyüd
20 diş sarımsaq
2 st bitki yağı
5-6 ədəd dəfnə yarpağı
2-3 x/q şəkər tozu
0,5 st sirkə
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Badımcanı istədiyiniz ölçüdə doğrayıb acısı çıxmaq üçün duzlanılır.
Pomidorun qabığı soyulub doğranır.
Sarımsaq və acı bibər təmizlənir.
Bibərlər xırda kub şəklində doğranır.
Pomidor,sarımsaq,acı bibər maşında çəkilir.
Bütün ərzaqlar qazana tökülüb qaynamağa qoyulur.
Duz, şəkər tozu əlavə edilib qarışdırılır, 40-50 dəqiqə bişirilir.
Cəfəri,şüyüd xırda doğranır.
Göyərti,dəfnə yarpağı,yağ,sirkə əlavə edilib qarışdırılır və hazır olana qədər bişirilir.
Hazır salat sterilizə edilmiş bankalara yığıb bağlanılır.
Nuş olsun!
(tərcümə edilib)
[/hide]