Lazım olanlar:
1 kq bolqar bibəri
1 ədəd ağ, 1 ədəd qırmızı soğan
6 diş sarımsaq
2 stəkan sirkə
1/4 stəkan su
1/3 stəkan şəkər tozu
1 ç/q Azərduz yodlu narın xörək duzu
1 x/q kəklikotu
1 ədəd qurudulmuş acı bibər
Hazırlanması:
Bibərlər yuyulub təmizlənir
Soğanı soyub bibərlə birgə halqa-halqa doğrayırıq, sarımsağı dograyırıq
Dogranmış qarışığı ayrı-ayrı bankalara əlavə edirik.
Üzərinə uksus, su, şəkər tozu, duz, kəklikotu və acı bibər əzilmişini əlavə edib qapağını kip bağlayırıq.
Bunu bir neçə gündən sonra istifadə edə bilərsiniz.
Əgər qışa saxlamaq istəyirsinizsə, onda qazana dəsmal sərib hər bankanı 15 dəqiqə qaynatmalısınız və dərhal ağzını bağlamalısınız.