Qadin.NET / Qış üçün tərəvəz kürüsü (foto resept)

Qış üçün tərəvəz kürüsü (foto resept)

Qış üçün tərəvəz kürüsü (foto resept)


Tərkibi:
1 kq pomidor
500 qr badımcan
350 qr baş soğan
500 qr qırmızı bibər
300 qr kabak
700 qr kök
300 ml bitki yağı
Azərduz yodlu narın xörək duzu
Qara istiot, sarımsaq, göyərti
Sirkə

Hazırlanması:

Tərkibdə göstərilmiş bütün tərəvəzlər küp şəklində doğranır.Əksər xanımlar daha asan olsun deyə,kürü malzəmələrini ət maşınından keçirirlər ve sonra hazırlayırlar.Amma məncə belə həm görünüş,həm də ləzzət başqa olur.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Doğranmış soğan az miqdar yağda yüngülcə qızardılır.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Sonra yerdə qalan yağ və tərəvəzlər əlavə olunur.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Tərəvəz kürüsü 1 saatdan çox müddətdə bişirilir. Bu zaman onu taxta qaşıqla qarışdırmaq məsləhətdir.
Kürünü bişirmənin daha yaxşı variantı 3 dəfəyə bişirməkdir,yəni bişmə müddətini 3 yerə bölürsünüz. Əvvəlcə 20-25 dəqiqə bişirib altını söndürürsünüz və bir qədər dinlənir.Sonra yenə 20 dəqiqə bişirib altını söndürürsünüz.Ən sonda duzlayıb,ədviyyatlarını vurub 3-cü dəfə bişirirsiniz.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Kiçik gözlü rəndədən 2-3 diş sarımsaq rəndələnir.Amma daha kəskin dadlı sevənlər sarımsağın sayını artıra bilərlər.
Xanımlar,əgər kürünü uzunmüddətli dayanış üçün hazırlayırsınızsa ,onda 70%-li sirkədən 1 ç.q. istifadə edəcəksiniz.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Göyərti əlavə edib hazır olana qədər bişirirsiniz.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Bu da tərəvəz kürüsünün hazır bişmiş halı

Qış üçün tərəvəz kürüsü (foto resept)


Tərəvəz kürüsünü isti-isti bankalara yığıb ağzını yaxşıca bağlayırıq.Soyuduqdan sonra isə sərin yerə qoyuruq.
Kürünü isti-isti də yemək olar,amma soyuq halda yeyilməsi başqa ləzzət verir.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Tərəvəz kürüsünü çay saatı zamanı çörək üzərinə sürüb də yemək olar,ya da soyuq qəlyanaltı kimi salat deyə yemək də olar.
Zövqə görə yeyə bilərsiniz.

Qış üçün tərəvəz kürüsü (foto resept)


Balacalarınıza isə onlara maraqlı olsun deyə kartofdan ayaqqabı düzəldib,içərisinə kürü qoya bilərsiniz.

Qış üçün tərəvəz kürüsü (foto resept)

 

Nuş olsun! smile
5 avqust 2010
GO BACK