Tərkibi:
3 kiloqram ərik
3 kiloqram şəkər tozu
3 çay stəkanı su
Hazırlanması:
Ərikləri yuyub suyunu süzürük. Sonra çəyirdəyini çıxarırıq.
Əgər ərik şirintumludursa, o zaman qabıqdan çıxarılmış tumu əriyin içinə qoya bilərsiniz.
Hazır ərikləri ləyənə yığırıq.
Ayrı bir ləyəndə şirə hazırlayırıq, 3 stəkan suya 3 kiloqram şəkər tozu əlavə edib qaynadırıq.
Şirə qaynadıqdan sonra ehtiyatla əriklərin üzərinə əlavə edirik, soyumasını gözləyirik.
Hər dəfə 3-4 saat fasilə veririk. Bişməyə qoyduqda isə 10 dəqiqə qaynadırıq.
Mürəbbəmiz hazırdır.
Nuş olsun !!!