Tərkibi:
- Heyva - 2 kq
- Şəkər tozu - 1 kq
- Su - 1l
- Limon şirəsi
Hazırlanması:
Heyvanı yaxşı yuyun, qabığını soyun, 4 yerə bölün və içini təmizləyin.
Meyvələrin rəngi tündləşməsin deyə hər heyvənı təmizlədikdən sonra limon şirəsi əlavə olunmuş suya qoyun
(2 l su üçün 2 çay qaşığı limon şirəsi götürülür).
Şəkər tozundan və sudan sirop hazırlayın. Bunun üçün şəkər tozunu suya tökün və vam odda şəkər tam əriyənə qədər bişirin
(təxminən 20-25 dəqiqə ərzində).
Heyvanı sudan çıxardın, sürtgəcin iri gözündən keçirin və ya xırda tikələrə doğrayın.
Heyvanı siropa qoyun və vam odda sirop qatılaşana və jeleyə bənzəyənə qədər bişirin (təxminən 40-60 dəqiqə).
Sonra cemə 1 çay qaşığı limon şirəsi əlavə edin, 2-3 dəqiqə bişirin və oddan götürün.
Cemi isti halda sterilizasiya olunmuş 1/2 l-lik bankalara qoyun, dəmir qapaqlarla bağlayın.
Bankaları qapağı üstə çevirin, isti bükün və soyana qədər saxlayın.
Nuş olsun!