Tərkibi:
- 2 ağ kələm
- 1 l su
- 2 çuğundur
- 250 ml alma sirkəsi
- 2 çili istiotu
- 2 sarımsaq
- 150 ml günəbaxan yağı
- 2 x.q. duz
- 1 ç.q. şəkər tozu
Hazırlanması:
Kələmin üzərindəki qaba yarpaqları götürün. Ortasını kəsib çıxarın. Kələmi ölçüsünə görə 6-8 hissəyə bölün.
Çuğunduru ortadan bölüb fal-fal doğrayın. Sarımsağı napnazik, istiotu halqa doğrayın. Ərzağı növbələyərək qazana yığın - kələm, çuğundur, sarımsaq, çili istiotu.
Ən axırıncı lay çuğundur olmalıdır.
Suyu yağla qarışdırın, duz, şəkər tozu əlavə edin, qaynadın. Sirkə töküb soyudun. Bu marinadı tərəvəzin üzərinə tökün, üzərinə enli boşqab, onun da üzərinə 1-2 kq ağırlıqda yük qoyun. 2-3 gün otaq temperaturunda saxlayın. Sonra yükü götürüb kələmi bir sutka (boşqabı ağzından götürmədən) soyuducuda saxlayın. Vəssalam, bu müddətə kələm şorabası hazır olacaq.
Belə şorabanı soyuducuda 2 həftə saxlamaq olar.
Nuş olsun!