Qadin.NET / Balqabaq mürəbbəsi (foto-resept)

Balqabaq mürəbbəsi (foto-resept)

Bu mürəbbə əsl təbii dərmandır. Soyuqdəymə, qanazlığı, vitamin çatışmazlığı zamanı çox yaxşı təsir edir və həmçinin çox dadlı və ətirlidir.

Tərkibi:
1 kq balqabaq üçün
1 kq şəkər tozu
1 limon
1 portağal

Hazırlanması:
Meyvələr yuyulur, doğranılır, çəyirdəkləri çıxarılır (qabığı soyulmur).
Balqabaq soyulur, tikələrə doğranılır.
Bütün inqrediyentlər ətçəkən maşınından keçirilir, üzərinə şəkər tozu əlavə olunur, yaxşı qarışdırılır.


Kütləni qazana tökün, qaynara düşənə qədər qızdırın (qaynatmaq olmaz!), oddan götürün. Mürəbbə hazırdır.


Nuş olsun!

14 noyabr 2020
GO BACK