Qadin.NET / Limon mürəbbəsi (foto-resept)

Limon mürəbbəsi (foto-resept)

Tərkibi:
- 9 limon (orta ölçüdə)
- 1200-1500 qr şəkər tozu (zövqünüzə görə)
- 150 ml su

Hazırlanması:
Limonun qabıqlarını nazik soyun. Bu qabıqları atmayın, qurudun və şirniyyatlar bişirdikdə istifadə edin. Limonları suya qoyun və 30 dəqiqə saxlayın. Sirop bişirin. Şəkər tozunu su ilə qarışdırın, vam odda şəkər tozu tam əriyənə qədər bişirin. Limonları sudan çıxardın, tikələrə doğrayın, isti siropun içinə əlavə edin, qarışdırın, 1 saat saxlayın.


Mürəbbəni vam odda qızdrın və 10 dəqiqə ərzində qaynadın.
6-8 saat saxlayın, sonra yenə 10 dəqiqə ərzində bişirin. Mürəbbəni isti vəziyyətdə sterilizasiya olunmuş bankalara doldurun, qapaqları bağlayın, soyuyana qədər ədyala bükün.
Nuş olsun!

29 oktyabr 2020
GO BACK