Qadin.NET / Heyva mürəbbəsi (foto-resept)

Heyva mürəbbəsi (foto-resept)

Tərkibi:
- 1 kq heyva
- 1 kq şəkər tozu
- Bir xörək qaşığı limon suyu
- 2 stəkan su

Hazırlanması:
Heyvaların qabıqlarını soyub, çox nazik olmayan şəkildə doğrayın.
Su və şəkərdən şirə bişirin, sonra həmin sirəyə doğranmış heyvaları əlavə edib hazır olana qədər az odda qaynadın.


Bişənə yaxın limon suyunu əlavə edib 1 buğum daha qaynadın və altını söndürün.
Nuş olsun!

16 oktyabr 2020
GO BACK