Qadin.NET / Nar mürəbbəsi (foto-resept)

Nar mürəbbəsi (foto-resept)

Tərkibi:
- 6 ədəd orta boy nar
- 1 kilo şəkər tozu
- 1 limonun suyu


Hazırlanması:
Dənələdiyiniz narı ləyənə yığıb üzərinə şəkər əlavə edin. Səhərə qədər saxladıqdan sonra ocağın üzərinə qoyub qaynadın. Qaynara düşəndə limon suyu əlavə edib, 15 dəqiqə qaynatdıqdan sonra altını söndürün. Soyumadan balonlara yığıb qapağını möhkəm bağlayın. Artıq nar mürəbbəniz hazırdır.


Nuş olsun!

11 oktyabr 2020
GO BACK