Tərkibi:
Çiyələk - 1kq
Şəkər - 1 kq (çiyələyin turşuluğuna görə şəkər 1,2 kq da ola bilər)
Çiyələk - 1kq
Şəkər - 1 kq (çiyələyin turşuluğuna görə şəkər 1,2 kq da ola bilər)
Hazırlanması:
Çiyələk təmizlənir,soyuq suda yuyulduqdan sonra süzülür.
Üzərinə şəkərin yarısı,yəni 0,5 kq tökülərək soyuq yerə qoyulur ki, soku çıxsın.
Şəkərlə çiyələyin qarışmasından çıxan soku başqa bir qaba boşaldırıq.
Soku yerdə qalan digər 0,5 kq şəkərlə qarışdırıb ocağa qoyuruq.
Bu siropu su əlavə etmədən qaynadırıq,köpüyünü mütləq alırıq.Sonra çiyələkləri həmin bu
qaynar siropun içinə tökərək 10 dəqiqə yavaş-yavaş qarışdırmaqla bişiririk.Qarışdırmaq üçün
taxta və ya plastik qaşıqdan istifadə olunsa,çiyələklər əzilməzlər.
Mürəbbəniz hazırdır,QIŞ gələndə ləzzətlə çay süfrəsində yeyərsiniz...