Tərkibi:
900 qram əncir
750 qram(4,5 stəkan) şəkər tozu
200 ml (1 st) su
5-6 mixək
1 ç/q darçın
2 ədəd kakule
yarım hind qozu
10-12 ədəd qoz
1 ç/q kərə yağı
2 y/q limon suyu
3-4 kiçik parça limon duzu
Hazırlanması:
Şəkər və suyu qazın üstündə qaynadaraq qarışdırın. Mixəyi, hind qozunu və kakuleyi əlavə edin.
Şərbət halı alarkən əncirlərin sapların kəsin və 4 hissəyə bölün.
Şərbətə əncirləri əlavə edin və əzmədən qarışdırın.
Darçını və kərə yağını da əlavə edərək qarışdırın.
13-15 dəqiqə bişirin və quru şüşə kasaya damladaraq formasına baxın.
Hazırdırsa, limon suyu və limon duzu əlavə edin. 3-4 dəqiqə daha bişirin.
İsti halda vakumla bankalara qoyaraq qapağını bağlayın və soyumağa qoyun.