Qadin.NET / Yaşıl pomidor turşusu (foto-resept)

Yaşıl pomidor turşusu (foto-resept)

Tərkibi:

1 kiloqram yaşıl pomidor

1 litr qaynamış isti su

yarım st üzüm sirkəsi

3 y/q turşuluq duz (iri duz)

yarım limonun suyu

1 ç/q şəkər tozu

şüyüd

1 ovuc noxud
1 baş sarımsaq

2 ədəd 1 kiloqramlıq banka və ya 1 ədəd 2 kiloqramlıq banka

Hazırlanması:

1 litr isti suyu qaba əlavə edin. İçinə sirkə, limon suyu, duz və şəkər əlavə edərək duz əriyənə qədər qarışdırın.

Duz əriyəndə soyuması üçün qırağa qoyun.

Bankanın dibinə biraz noxud atın.

Yuyub 4 hissəyə böləcəyiniz yaşıl pomidorlar və sarımsaqları bankaya yerləşdirin.
Turşu suyunu əlavə edin və üstünə şüyüd yaxud kərəviz yarpaqlarını qoyaraq basdırın.

Bankanın qapağını möhkəm bağlayın, günəş görməyən yerdə 10 gün saxlayıb sonra dadına baxa bilərsiniz. 15 gün içində turşunuz hazır olacaq.


27 avqust 2020
GO BACK