Qadin.NET / Bibər turşusu (foto-resept)

Bibər turşusu (foto-resept)

Tərkibi:

500 qram yaşıl bibər

1 litr qaynamış su

yarım st üzüm sirkəsi

3 y/q turşuluq duz

yarım limonun suyu

1 ç/q şəkər tozu

şüyüd və ya cəfəri

1 y/q noxud

1 baş sarımsaq 

1 kiloqramlıq şüşə banka

Hazırlanması

1 litr isti suyu uyğun böyüklükdə qaba qoyun.

İçinə sirkə, limon suyu, duz və şəkər əlavə edərək duz əriyənə qədər qarışdırın.

Duzun əriyib soyuması üçün qırağa qoyun.

Bankanın dibinə biraz noxud atın.

Yuyub ikiyə böldüyünüz və ya bıçaqla deşdiyini yaşıl bibərləri, sarımsaqları bankaya yerləşdirin.
Turşu suyunu əlavə edin, bibərlərin aralarında hava qalmaması üçün xəfif tərpədin, üstünə şüyüd və ya cəfəri yarpaqlarını qoyaraq basdırın.

Bankanın ağzının qapağını bağlayın, günəş görməyən yerdə saxlayıb 10 gün sonra dadına baxın. 


24 avqust 2020
GO BACK