Qadin.NET / Soğan turşusu (foto-resept)

Soğan turşusu (foto-resept)

Tərkibi:

2 ədəd orta boy qırmızı soğan

1 çay st alma və ya üzüm sirkəsi

1 ç/q turşuluq duz

1 ç/q toz şəkər

1 ç/q top istiot

1 ç/q keşniş toxumu

istəyə görə 1-2 dilim limon

qaynadılıb soyudulmuş su

Hazırlanması:

Soğanları soyun, yuyun və doğrayın

Bankaya basaraq yerləşdirin.

Soğanların üstünə istiot, keşniş toxumu, duz, şəkər tozu, limon dilimi və sirkəni əlavə edin.

Son olaraq bankanın ağzına qədər qaynadıb soyutduğunuz suyu əlavə edin və bankanın qapağını bağlayın.

Bankanı 1-2 dəfə alt-üst edin və lazımdırsa bir qədər su əlavə edin.

Bankanı ağzı bağlı olaraq 1-2 gün turşu rəng alana qədər gözləyin və servis edin.

Soyuducuda saxlamağı unutmayın.

13 avqust 2020
GO BACK