Qadin.NET / Kivi mürəbbəsi (foto-resept)

Kivi mürəbbəsi (foto-resept)

Tərkibi:

4 ədəd kivi (250 qram)

1 su st toz şəkər (160 qram)

1 limonun suyu

Hazırlanması:

Kiviləri soyun, əvvəlcə uzununa ikiyə sonra dördə bölün. Hər dilimi 2-3 hissəyə bölün.

Kiviləri qazana qoyun, üstünə şəkəri və limon suyunu əlavə edərək orta dərəcədə qarışdıraraq qaynadın.

Qaynadıqda altını söndürün və sonra təxminən 30 dəqiqə bişirin.

Soyuq şüşə boşqaba mürəbbədən bir neçə damladın, su kimi axmırsa, yavaş-yavaş axırsa hazırdır.

Mürəbbəni isti halda bankaya tökün və qapağını bağlayın, soyudun.

2 iyul 2020
GO BACK