Qadin.NET / Ev üsulu şaftalı şirəsi (foto-resept)

Ev üsulu şaftalı şirəsi (foto-resept)

 

 

Tərkibi:

Ev üsulu şaftalı şirəsi (foto-resept)

850 qram doğranmış şaftalı

2,5 litr su

1 su st toz şəkər

 

Hazırlanması:

Qabıqlarını soyduğunuz və çəyirdəklərini çıxardığınız şaftalıları istədiyiniz böyüklükdə doğrayın və dərin qazana qoyun.

Şaftalıların üstünə 2,5 litr suyu əlavə edərək orta dərəcədə bişirməyə başlayın.

Qazandakı şaftalı qaynamağa başladıqda qazın dərəcəsini azaldın və 10 dəqiqə qaynadın.

Qaynayan şaftalıları blenderdən keçirin və içinə 1 stəkan toz şəkər əlavə edərək qarışdırın.

Ev üsulu şaftalı şirəsi (foto-resept)

Üstündə yığılan köpüyü süzgəc köməyi ilə təmizləyərək 10 dəqiqə qaynadın.

Hazır olan şirəni şüşə qaba süzün.

Otaq istiliyində olduqda soyuducuya qoyun.

Ev üsulu şaftalı şirəsi (foto-resept)

 

26 oktyabr 2019
GO BACK