Tərkibi:
1 kq çiyələk
1 ədəd çubuq darçın
1 ç/q mixək
təzə nanə yarpağı
Hazırlanması
Təmizlədiyiniz çiyələkləri qazana qoyun. Çiyələklərin üstünə 1 litr isti su töküb, orta dərəcəli qazın üstündə biraz qaynadın.
İçinə darçın, mixək və nanə yarpaqları atıb, ağzını bağlayıb soyumağa qoyun. Sonra soyuducuda soyudub sərin olaraq için.