Şaftalı dondurması
Tərkibi:
4 ədəd şaftalı
1 su st süd
1 su st şəkər
Hazırlanması
Qabıqlarını soyub çəyirdəklərini çıxardığınız şaftalıları blenderdən keçirin, üstünə süd və şəkər əlavə edin yenidən blenderdən keçirin. Qarışımı soyuducuya qoyub, arada çıxarıb qarışdırın. Yenidən dondurun. Bunu 3-4 dəfə təkrar edin. Sonra servis edə bilərsiniz.
Qarpızlı dondurma
Tərkibi:
1 kq yarım çəyirdəkləri təmizlənmiş, dilimlənmiş qarpız
yarım limon suyu
2 y/q bal
Hazırlanması:
Dilimlənmiş qarpızları, limon suyunu və balı blenderdən keçirin. Qarışımı qaba qoyub, üstünü örtün. Soyuducuya qoyun. 4-5 saat sonra çıxarıb mikserlə çırpın və çəngəllə əzin, sonra uzun müddət çırpın. 2 saat aralıqlarla bu üsulu 2 dəfə təkrar edin. 1 saat saxladıqdan sonra servis edə bilərsiniz.