Tərkibi:
2 ədəd şaftalı
1 su st çay dəmi (dəmlənmiş, su əlavə edilmiş çay)
1/2 su st şəkər
2,5 litr su
Hazırlanması:
Şaftalıları yuyub dörd hissəyə bölün və qazana qoyun
Üstünə suyu əlavə edin.
Orta dərəcədə şaftalılar parçalanmağa başlayana qədər qaynadın.
Ocağın üstündə qapağını bağlayıb, yarım saat gözləyin.
Suyunu süzüb şəkəri əlavə edin və əriyənə qədər qarışdırın.
Çay dəmini əlavə edib şkafa qoyun.
Soyuq servis edin.