Qadin.NET / Asan puding (foto resept)

Asan puding (foto resept)

Tərkibi

 

4 su st süd

4 y/q  kakao

2 y/q nişasta

1 paket vanil

1 ç/q kərə yağı

1 tabletka şokolad

2 y/q un

8 y/q  toz şəkər

 

Hazırlanması:

Bütün ərzaqları, kərəyağı və vanil istisna olmaqla bir qazanın içinə qoyun və sobanın üstündə tez-tez qarışdırın. Bu mərhələdə pudingi davamlı qarışdırmalısınız Əks halda qazanın dibinə yapışacaq və puding yanacaq.

Asan puding (foto resept)

 

Tündləşməyə başlayan pudingi sobadan çıxarın və içinə vanil, kərəyağı və şokoladı əlavə edərək yenidən sürətlə qarışdırmağa davam edin.

Asan puding (foto resept)

 

Kərə yağı və şokolad tamamilə əridikdən sonra blenderdən keçirin. Kasalara tökün və servis edin.

Asan puding (foto resept)

 

8 may 2018
GO BACK