Tərkibi:
1 stəkan süd
1 ç/q şəkər
2 ç/q filtre qəhvə
yarım stəkan su
Mikser
Hazırlanması:
Əvvəlcə südü istədiyiniz dərəcədə isidin. Mikser ilə süd və şəkəri çırpın. Süd və şəkər tam köpürənə kimi çırpmağa davam edin. Sonra stəkana əlavə edin.
Başqa bir stəkanda qəhvə və yarım stəkan suyu qarışdıraraq qəhvənin həll olmasını təmin edin. Sora köpüklü südə qəhvəli qarışımı yavaş-yavaş əlavə etməyə çalışın.
İstəyə görə lattenizin üzərinə karamel və ya şokolad sousu əlavə edə bilərsiniz.
Nuş olsun!