Tərkibi:
Bir kasa çiyələk
bir kasa böyürtkən
4 ç/q un
2 y/q qarğıdalı nişastası
Yarım st toz şəkər
Bir paket vanilya 4 su st. süd
Bir ədəd yumurta
1 y/q kərə yağı
Hazırlanması
Südü qazana töküb, içinə un və nişasta əlavə edin. Qazın üstünə qoyub, tez-tez qarışdırın.
Yumurtanı əlavə edib, şəkəri tökün. Sonra qarışdırmağa davam edin. Qatılaşana kimi qarışdırın. Qaynayanda içinə kərə yağı əlavə edin.
Hazırladığınızı kasaların dibinə bir qaşıq əlavə edin. Üstünə meyvələri düzün. Hazırladığınız bitənə kimi eynən davam edin.
Nuş olsun!