Qadin.NET / Meyvəli dondurma

Meyvəli dondurma

 

Meyvəli dondurma



 

Tərkibi:

 250 qram kəsmik

150 qram qatılaşdırılmış süd və ya 8 xörək qaşığı süd

75 qram şəkər

2-3 ədəd qoz

0,25 ml çalınmış krem

250 qram təzə giləmeyvə və ya meyvə

1 ədəd yumurta

 

Hazırlanması:

Kəsmiyi süd və ya qatılaşdırılmış südlə qarışdırın. Sonra sürtgəc və ya ətçəkən maşından keçirin. Qozu ovuntu halına gətirib kəsmiyə qatın. İstədiyiniz meyvəni yuyub, qabığını təmizləyib, kubik şəklində doğrayın. Yumurtanı köpük yaranana kimi çalın. Kəsmiyə əlavə edin. Meyvənində bir hissəsini qatın. Sonra soyuducunun buz yerində bir neçə saatlıq saxlayın.

Süfrəyə veriləndə isti qaşıqla dairə formasında ağzı geniş stəkana qoyun. Bəzək üçün qalmış meyvəni düzün. Zövqə görə isti şokoladı üzərinə əlavə edə bilərsiniz.

 

22 mart 2017
GO BACK